Business

“Xutor”dakı tunelə giriş bağlanır

Həftəsonu Bakıda daha bir yol bağlanacaq.
Avtomobil Yolları Dövlət agentliyindən verilən məlumata görə, aaparılan təmir işləri ilə əlaqədar olaraq 11-12 iyul tarixlərində Ziya Bünyadov prospektinin “20 yanvar” istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *