News

“WhatsApp” “Facebook”un istifadəçilərin mesajlarını və şəxsi məlumatlarını görməyəcəyini açıqlayıb

“WhatsApp” messencerinin rəhbərliyi bildirib ki, onun yeni məxfilik siyasəti “Facebook” şirkətinin istifadəçilərin yazışmalarına və əlaqə siyahılarına girməsinə icazə verməyəcək.

Dailyazerbaijan.com bu barədə “TASS”a istinadən xəbər verir.

“WhatsApp” “Facebook” kimi şəxsi mesajlarınızı görmür və zənglərinizi dinləmir. “WhatsApp” kimin kimə zəng etdiyini və yazdığını izləmir. “WhatsApp” əlaqələriniz olan siyahını “Facebook” ilə paylaşmır. “WhatsApp”dakı qrup söhbətləri gizli qalır”, açıqlamada deyilir.

Müvafiq açıqlama “Twitter” rəhbərliyi tərəfindən səhifəsində yerləşdirilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *