World

ÜST: “Maddi köməyə ehtiyac var”

40-dan çox ölkədə COVID-19-a qarşı peyvəndləmə aparılıb.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş müşaviri Brus Aylvard İsveçrənin Cenevrə şəhərində təşkil olunan mətbuat konfransında deyib:

 “40-dan çox ölkə COVID-19-a qarşı peyvəndləməyə başlayıb. Eyni zamanda, bu günə qədər bütün peyvəndləmələr yüksək və ya orta gəlirli ölkələrdə edilib”.

O, qeyd edib ki, 92 orta və aşağı gəlirli ölkələrdə peyvəndləmənin fevral ayında aparılması planlaşdırılır.

ÜST səlahiyyətlisi kasıb ölkələrdə peyvəndləmə prosesinə ən qısa müddətdə başlamaq üçün peyvənd istehsalçıları ilə iş birliyinə, maddi köməyə də ehtiyac duyduqlarını bildirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *