Dünyada son həftə ərzində demək olar ki, 4 milyon insan koronavirusa yoluxub.
Dailyazerbaijan.com-un TASS-a istinadən verdiyi xəbərə görə, ÜST ölənlərin sayının 70 min artdığını və bunun əvvəlki həftənin göstəricilərini keçdiyini bildirir.
23-29 noyabr tarixlərində ÜST dünya miqyasında 3.935.330 COVID-19-a yoluxma və 69.916 ölüm hadisəsi qeydə alıb.
16-22 noyabr tarixlərində 4 060 891 yoluxma və 67 221 ölüm halı aşkar edilib.
Dünyada yoluxmanın yüksək qaldığı, ölüm nisbətinin isə artdığı qeyd edilir.