World

Tramp: Sudan ödəniş edən kimi ona qarşı sanksiyalar götürüləcək

“Tramp terror qurbanları ilə bağlı kompensasiyaları ödəyəndən dərhal sonra sanksiyalar ləğv ediləcək. Sudan hökuməti bu istiqamətdə addımlar atmaqdadır.”

Dailyazerbaijan.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp rəsmi tvitter səhifəsində yazıb.

ABŞ prezidenti bildirib ki, “Sudan ABŞ vətəndaşlarına qarşı terror aktı ilə bağlı 335 milyon dollar konmpensasiya ödəyərək, sanksiyalara məruz qalmayacaq.”

O bildirib ki, Sudan hökuməti bu istiqamətdə addımlar atmaqdadır.

Qeyd edək ki, ötən il Sudanda Ömər əl-Bəşir hərbçilər tərəfindən devriləndən sonra bu ölkənin rəhbərliyi Səudiyyə Ərəbistanı komandası ilə yaxınlıq, İsraillə diplomatik əlaqələrin qurulması və ABŞ-la danışıqlar istiqamətdə addımlar atmağa başlayıb. Ekspertlərin fikrinə görə, bu ölkəyə aid sanksiyaların tam ləğv edilməsinin şərtlərindən biri də İsraillə sülh sazişini imzalamaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *