World

Tramp “İnterpol”a verildi

İran hökuməti ABŞ prezidenti Donald Trampın axtarışı və həbsi üçün “İnterpola” müraciət ünvanlayıb.
Buna səbəb bir neçə ay öncə İraqda keçirilən əməliyyat zamanı iranlı general Qasim Süleymaninin öldürülməsidir. Tehran prokuroru Əli Mehr bildirib ki, generalın qətlində əli olan 36 amerikalı rəsmi o cümlədən Donald Tramp müəyyən edilib.
Məlumata görə, Tramp və digərləri qətldə və terrorçuluq fəaliyyətində ittiham edilirlər.
Xatırladaq ki, bu ilin yanvar ayında Qasım Süleymaninin öldürülməsi ilə nəticələnən hadisə iki ölkə arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-ın bu addımına cavab olaraq İran İraqdakı iki bazanı raket atəşinə tutmuşdu.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *