News

Tofiq Yaqublu ev dustaqlığına buraxıldı

Dünən Bakı Apelyasiya Məhkəməsində 4 il 3 müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib.

Dailyazerbaijan.com-un xəbərə görə, hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.

T.Yaqublu hazırda “City Hospital”dadır.

Təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov jurnalistlərə açıqlamasında bildirib ki, T.Yaqublunun səhhəti imkan versə xəstəxanadan evə buraxılacaq, əks halda müalicəsi xəstəxanada davam etdiriləcək.

Məhkəmənin növbəti iclası sentyabrın 28-ə təyin edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *