World

Rusiyada Qələbə paradı keçiriləcək – Azərbaycan da iştirak edir

Bu gün Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək.
Paradda Azərbaycan silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər. Dailyazerbaijan.com-un məlumatına görə, Ordumuzun 75 hərbi qulluqçusundan ibarət heyəti bir neçə gün öncə Moskvaya yola düşüb.
Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.
Qeyd edək ki, parad may ayının 9-da Qələbə günü keçirilməli idi. Lakin koronavirus pandemiyasının yayaılmasının qarşısını almaq məqsədi ilə Vladimir Putin paradın vaxtının dəyişdirilməsi haqqında qərar qəbul edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *