World

Rusiyada minik maşını “KamAZ”la toqquşub, 3-ü azyaşlı olmaqla 6 nəfər ölüb

Rusiya Federasiyasının Udmurtiya respublikasında ağır yol qəzası baş verib.

TASS xəbər verir ki, “VAZ-2112” markalı minik maşını “KamAZ” markalı yük maşınına çırpılıb.

Hadisə nəticəsində minik maşınında olan 6 nəfər yerindəcə dünyasını dəyişib. Ölənlər arasında 2003 və 2002-ci il təvəllüdlü üç azyaşlı var.

 Zərbənin gücündən “VAZ-2112”nin üst hissəsi tamamilə sıradan çıxıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *