World

Rusiyada koronavirus preparatı patentləşdirilib

Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi “Leytraqin” preparatının patentini alıb.

Dailyazerbaijan.com bu barədə  RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, preparat koronavirusun ağırlaşmasının qarşısını almağa və ya yüngülləşdirməyə qadirdir.

Məlumata görə, bu, dünyada praktik tibbə daxil olmuş ilk və yeganə delta-opioid reseptordur.

Agentliyin Biotibbi Texnologiyaları Elmi Mərkəzinin alimləri “Dalarqin” adı ilə dərmanın toxumaların yaxşılaşmasına və bərpasına aktiv təsir göstərdiyini müəyyən ediblər.

Bundan əlavə, bu sinifdəki maddələr immun reaksiyasının təşkilində fəal iştirak edir. Eyni zamanda “sitokin fırtınası”nın – koronavirus infeksiyası olan xəstələrdə şiddətli tənəffüs və ümumi sistem pozğunluqlarının inkişafına səbəb olan iltihab əleyhinə maddələrin kütləvi sərbəst buraxılmasının qarşısını ala və ya yüngülləşdirə bilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *