Sports

“Qarabağ”ın potensial rəqibində koronavirus aşkarlandı

UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Xorvatiyanın “Dinamo” klubunun bir futbolçusu koronavirusa yoluxub.
Dailyazerbaijan.com xəbər verir ki, Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb. “Dinamo” oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib.
Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu “Ferentsvaroş”u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda “Qarabağ” – “Molde” (Norveç) cütünün qalibi ilə qarşılaşacaq.
Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *