World

Qələbə paradına gəlmiş Qırğızıstan nümayəndə heyətinin üzvlərində COVID-19 aşkar edilib

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkəsinin nümayəndə heyətinin üzvlərində yeni koronavirus infeksiyasının aşkar edilməsi səbəbilə Qələbə paradına qatılmaqdan imtina edib. Bu barədə dövlət başçısının rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Qazeta.ru xəbər verir ki, koronavirus prezident administrasiyasının xarici siyasət şöbəsinin müdiri və mühafizə xidmətinin bir əməkdaşında aşkarlanıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov və onu müşayiət edən şəxslər Qələbə paradında iştirak etmək üçün Moskvaya gəlmişdilər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *