World

Paşinyan Ermənistan hökumətinin fəaliyyət planını hazırlayıb

 Ermənistan Baş naziri Nikol Paşinyan gələcəkdə görüləcək işlərin 15 maddəlik yol xəritəsibi təqdim edib və hökumətin tərkibində dəyişikliklər edəcəyini bildirib.

“Mən yaranmış vəziyyətə görə əsasən özümün məsuliyyət daşıdığımı vurğulayıram, eyni zamanda ölkədə sabitlik və təhlükəsizliyin bərqərar olmasına görə də əsas məsuliyyət mənim üzərimdədir.  Bununla bağlı yol xəritəsini təqdim edirəm, icrası üçün hökumətin tərkibində dəyişikliklər edilməsi təşəbbüsünü irəli sürürəm”, o “Facebook” səhifəsində yazıb.

Dailyazerbaijan.com TASS-a istinadən xəbər verir ki, Paşinyan tərəfindən təklif olunan tədbirlər arasında Dağlıq Qarabağın statusu ilə bağlı danışıqların bərpası, ölkənin silahlı qüvvələrində islahatlar, koronavirusdan sonra iqtisadiyyatın dirçəlməsi, seçki sistemində islahatlar və korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşmış hakimlər institutunun yaradılması var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *