Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni tras üzrə hazırlanmış layihə əsasında aparılır. AAYDA-dan bildirilib ki, yeni tras iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa ediləcək. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 17 km-ə qədər qısalaraq 84.6 km təşkil edir. İlkin hesablamalara əsasən inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 km olacaq. Bundan başqa yeni tras üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur. Artıq Şuşa şəhərinədək 101.5 km-lik tras üzrə 2 hərəkət zolağı enində olmaqla xidməti…