News

Nazirliyin daha üç əməkdaşı ordudan tərxis olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi Kamran Cümşüdlü, aparıcı mütəxəssisləri Saleh Ağayev və Maşallah Ağazadə ordu sıralarından tərxis olunaraq iş həyatına qayıdıblar.

Nazirlikdən bildirilib ki, tarixi zəfərimizin qəhrəmanlarından olan əməkdaşlar çalışdıqları kollektiv tərəfindən böyük fərəh və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamları ilə Kamran Cümşüdlü “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *