World

Navalnının komadan çıxdıqdan sonra ilk fotosu yayımlanıb

Berlinin “Charite” klinikasında müalicə edilən blogger Aleksey  Navalnının komadan çıxdıqdan sonra ilk fotosunu sosial şəbəkəyə qoyub və qeyd edib ki, artıq bütün gün ərzində aparatsız nəfəs ala bilib. 

Dailyazerbaijan.com xəbər verir ki, bu barədə o Instagram-da yazıb.

Hələ də heç bir şey bacarmıram, amma dünən bütün günü özüm nəfəs ala bildim. Ümumiyyətlə, heç bir kənar yardımdan, hətta boğazımdakı ən sadə qapaqdan istifadə etmədim. Çox xoşuma gəldi, Navalnı Instagram-da yazıb.

Navalnının vəziyyəti avqustun 20-də Tomskdan Moskvaya uçarkən yolda pisləşib.

İlk iki gündə bloggerə Omsk xəstəxanasının həkimləri kömək edib.

Onu süni komaya salıblar. 22 avqustda Navalnı Berlindəki klinikaya göndərilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *