Culture

Mədəniyyət/Culture jurnalının “Zəfər” sayı işıq üzü gördü

Jurnal Xarı Bülbül emblemi ilə yeni ilin ilk həftəsində salamlayır oxucularını. Üz qabığı “8 noyabr – Zəfər günü, Qarabağ Azərbaycandır” şüarı ilə süslənib, forzas isə Qələbə Paradının və bütün hadisələrin kvintessensiyasını təşkil edən fotoreportajla maraqlıdır.

Dailyazerbaijan.com xəbər verir ki, kontenti “müharibə və mədəniyyət” təzadının üzərində qurulan baş redaktor sözü bu anlayışların fəlsəfəsindən, sahə cameəsinin vəzifələrindən bəhs edir. Davamında Zəfər Gününün mahiyyəti və Zəfər Paradının ehtişamı anladılır, daha sonra taleyüklü 44 gündə həm döyüş meydanında, həm də mədəniyyət müstəvisində həyatlarını, çalışmalarını Vətən yolunda əsirgəməyən insanımızdan bəhs edilir.Mədəniyyət sahəsindən cəbhəyə gedib hərəsi bir dünya olan gənc şəhidlərin hekayələri oxunur, ruhları anılır və yaddaşlarda yaşaması üçün yazılarda əbədiləşdirilir. Şuşanın azad olunmasında iştirak edən qazimiz də unudulmur.

Mədəniyyət xadimlərimiz öz təəssüratları, düşüncələri, planları ilə bölüşür, II Qarabağ müharibəsinin qəhrəmanlarına ithaf olunan əsərlər ortaya çıxır, Vətən müharibəsinin kino salnaməmizə yazılacaq işlərin konturları cızılır, artıq Şuşa səfərinə hazırlaşan Üzeyir həsrətli eksponatların yolda olan gözü dolur, Qarabağ savaşı rənglərin dili ilə danışır. Mədəniyyət nazirliyinin bu günlərdə hadisələrə operativ yanaşması, beynəlxalq təşkilatlara və ictimaiyyətə ünvanlanan məktubları barədə oxucuya məlumat əsnasında UNESCO-da şəxsiyyət vəsiqəsi alan Nar bayramı və Miniatür sənətinin qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi də təqdim olunur oxucuya, Təbriz ustalarının miniatür məharətindən bəhs edən məqalə isə bu məqamda lap yerinə düşür. Rəssamlarımızın virtual sərgilərinə də Vətən sevdalılarına bir töhfə kimi baxılır.

Jurnalın bu sayının bir neçə səhifəsi həmkar fotoqraflara ayrılıb: fotolarda yaşayacaq 44 günün xronikası hər baxışda yaddaşları təzələyəcək, həmçinin, həmkarlarımızın da fədakarlığının sübutu olacaq.

Azərbaycan rəssamlarının Şuşa arzuları dil açır növbəti yazıda. Daha sonra Mədəniyyət Nazirliyinin hadisələrin ilk günlərindən başlayan tarixi layihələrinin –“Qarabağ – mədəniyyətimizin beşiyi”, “Xristian irsimizi tanıyaq” layihələri təqdim olunur.

Jurnalın və baş redaktorun “Humay” milli mükafatına layiq görülməsi xəbəri də oxucunun təqdirinə səbəb olacaq məqamdır.

На изображении может находиться: 2 человека, в помещении и часть тела крупным планом

Leave a Reply

Your email address will not be published. Required fields are marked *