World

Koronavirus vaksini vurulan insanların vəziyyəti açıqlandı

Rusiyada koronavirusla mübarizə üçün hazırlanan vaksinin vurulduğu şəxslərdə heç bir əks təsir müşahidə edilməyib.
Dailyazerbaijan.com-un məlumatına görə, həkimlər iki qrupda COVİD-19 vaksini qurulan könüllülərin müntəzəm olaraq tibbi yoxlamadan keçdiklərini bildiriblər.
Onlar özlərini yaxşı hiss edirlər, heç bir şikayətləri yoxdur. Hərarətləri, təzyiqləri, nəbzləri normaldır. Hələlik vaksindən sonra hər hansı əks təsir müşahidə edilməyib.
Qeyd edək ki, könüllülərin ilk qrupu iyunun 18-də vaksinasiya ediliblər. Bundan beş gün sonra daha 20 nəfərə iynə vurulub. Kliniki sınaqlar iyulun sonuna kimi bitməlidir.

Xatırladaq ki, dünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib. Koronavirusdan ölüm hallarının sayı 503 597 nəfərə çatıb. 10 218 562 insan koronavirusa yoluxub. 5 521 578 insan sağalıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *