World

İsraildə nazir və müavinlərin maaşları azaldılacaq

İsrailin Maliyyə Naziri İsrael Katz, ikinci lokdaunla əlaqədar hökumətin yeni iqtisadi planına daxil ediləcək tədbirlərin siyahısını açıqlayıb.

Dailyazerbaijan.com bu barədə “newsru.co.il”ə istinadən məlumat verir.

Nazirin sözlərinə görə, ictimai həmrəylik çərçivəsində yeni planın ilk tədbiri nazirlərin, nazir müavinlərinin, müavinlərin və digər yüksək vəzifəli şəxslərin maaşlarının azaldılması olacaq.

Katzın sözlərinə görə, hökumət tərəfindən indiyə qədər koronavirusun iqtisadiyyata mənfi təsirini  aradan qaldırmaq üçün görülən tədbirlər yaxşı nəticələr göstərib.

Qeyd edilir ki, ikinci lokdaunun tətbiqi ilə əlaqədar əlavə addımlar da atılacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *