News

Emin Ağalarov Nəcməddin Sadıqovun qızı ilə nişanlandı

Azərbaycanın xalq artisti, müğənni Emin Ağalarov Moskvada Baş Qərargah rəisi Nəcməddin Sadıqovun qızı Fatimə ilə nişanlanıb.
Bu barədə Həbib Müntəzir sosial şəbəkədə məlumat yayıb. Lakin o, nişanın detalları barədə heç bir xəbər verməyib.
Onu da bildirək ki, Eminin “İnstaqram”da izlədiyi 289 nəfər arasında Fatimə Sadıqova da var. Həmçinin, E. Ağalarov ötən gün “Fatima” adlı mahnısını da təqdim edib.
Daha sonra sosial şəbəkədə izləyicilərin suallarına cavab verən ifaçı “Yenidən evlənmək istəyirsən?” və “Fatimə, həqiqətən, mövcuddur?” suallarına qısa olaraq “hə” cavabını verib.
Qeyd edək ki, ifaçı bir müddət öncə “Fatimə”nin kimə həsr edildiyini soruşan izləyicilərinə,- “Bu, ad şərtidir və Yaxın Şərqə məxsus addır. Eminə ilham verən, ürəyindəki yeni şahzadənin sirli saxlanması üçün bir vasitədir”,- deyə cavab vermişdi.
Sənətçi bir neçə gün əvvəl isə əkizləri Əli və Mikayıl, qızı Əminənin fotosunu paylaşıb, aşağıdakıları qeyd edərək, diqqət çəkmişdi: “Uşaqlara sual verdim ki, əgər sizin yeni bacı və ya qardaşınız olsa, necə reaksiya verərsiniz? Sizcə nə cavab verdilər?”
Xatırladaq ki, Xalq artisti iki dəfə ailə qurub. İlk dəfə o, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə nikah masasına oturub. Onun bu evlilikdən Əli və Mikayıl adlı əkiz oğlanları var.
İkinci dəfə isə model Alyona Qavrilova ilə ailə qurub. Onların bu evlilikdən Afina adlı bir qızları var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *