Business

Dünyada yeni iqtisadi böhranın olacağı proqnozlaşdırılır

Mütəxəssislər yaxın gələcəkdə dünyada yeni iqtisadi böhranın olacağını proqnozlaşdırır.

Dailyazerbaijan.com-un verdiyi xəbərə görə, bu barədə “Bloomberg” yazır.

Mütəxəssislərin fikrincə, dünya ölkələrinə pandemiya şəraitində dəstəkləyici tədbirlərin tətbiqi nəticəsində əldə etdiyi mövqeləri qorumaq çətin olacaq. Xüsusilə iqtisadiyyatı ayaqda tutmaq üçün dövlətlərin bu tədbirlərdən imtina etdiyi vaxt əlavə maliyyə dəstəyinə ehtiyac ola bilər.

Eyni zamanda COVID-19-un ikinci dalğasının başlama riski qalır, çünki kütləvi peyvəndlənmə vaxt aparacaq.

ABŞ və Çin arasındakı çətin münasibətlər, ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində daha da pisləşə bilər, bu da iqtisadiyyata mənfi təsir göstərə bilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *