World

Dünyada koronavirusla bağlı qeydə alınan son statistika açıqlanıb

Dünyada koronavirusa yoluxma hallarının sayı 20.19 milyonu keçib, 736 577 ölüm hadisəsi qeydə alınıb.

Dailyazerbaijan.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bildirilib ki, sağalanların sayı 12.24 milliondur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı son hesabatında isə bildirilib ki, son 24 saatda ölənlərin sayı 4268, yoluxanların sayı 216 033 nəfər olub.

Şimali və Cənubi Amerika yoluxanların sayına görə birinci yerdədir – 10 697 832. Son sutkada bu rəqəm 106 903 təşkil edib. Ölənlərin sayı 2 277 artaraq 390 850-yə çatıb.

Avropada 3 606 373 yoluxma, 217 278 ölüm qeydə alınıb. Son 24 saat ərzində yoluxanların sayı 21 315, ölənlərin sayı isə 267 olub.

Yoluxma sayına görə üçüncü yeri Cənub-Şərqi Asiya bölgəsi tutur. Orada yoluxanların sayı 2 691 452, ölənlərin sayı isə 54 633 göstərilib. Son bir gündə yoluxma sayı 58 679, ölüm sayı 956 nəfər artıb.

Yoluxma sayına görə ölkələr arasında ilk yeri ABŞ (4 999 815), ardınca Braziliya (3035422), Hindistan (2268675), Rusiya (897599), Cənubi Afrika (562598), Meksika (480278), Peru (478.024), Kolumbiya (387481), Çili (375044) və İran (328844) tutur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *