Business

Bu il Ceyhan limanından artıq 8 tanker Azərbaycan nefti yola salınıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “Botas International Limited” (BIL) şirkəti bu ilin ötən dövründə Ceyhan terminalından 6,198 mln barel xam neft nəql edib.

Dailyazerbaijan.com xəbər verir ki, bu həcmdə xam neft 8 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

İndiyədək isə Ceyhan limanından 3,577 mlrd barel neft 4 667 tankerə yüklənib.

Qeyd edək ki, BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC xam neftinin ilk tankerə yüklənməsi 2006-cı ilin iyunun 2-də baş tutub.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *