World

Belarusda qarışıqlıqdan sonra 17 cinayət işi açılıb

Belarusda iğtişaşlar zamanı mindən çox insan saxlanılıb, hüquq-mühafizə orqanlarına hücum faktı ilə bağlı 17 cinayət işi açılıb.

Dailyazerbaijan.com xəbər verir ki, bunu ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.

Məlumatda bildirilib ki, avqustun 11-dən 12-nə keçən gecə 25 yaşayış məntəqəsi, paytaxt və bir sıra iri şəhərlərdə ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması cəhdləri, həmçinin asayiş orqanları ilə qarşıdurma faktları qeydə alınıb.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, ilkin nəticələrə görə, hazırkı prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun sonucunda ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *