Sports

“Barselona” 6 futbolçusu ilə yollarını ayırır

“Barselona” qış transfer pəncərəsində altı futbolçu ilə yollarını ayırmağı planlaşdırır.

Dailyazerbaijan.com xəbər verir ki, transfer siyahısına Ektor Firpo, Samuel Umtiti, Mateus Fernandes və Martin Braytvayt da daxil olub.

E.Firpo “Barsa”nın baş məşqçisi Ronald Kumanın planlarında yer almayıb, həmçinin ona İtaliyadan təkliflər gəlib. Futbolçunun “İnter” və ya “Napoli”yə keçməsi ehtimal olunur.

S.Umtiti isə icarəyə göndəriləcək. Onunla “Lion” və “Roma” maraqlanır.

M.Fernandesin transferi isə daha çətin görünür. Baş məşqçinin planlarında yer almayan futbolçu yay transfer pəncərəsində “Monako”ya keçməyə yaxın olsa da, bundan imtina edib.

Braytvaytın İngiltərə klubuna keçməsi real görünür. “Barsa”nın baş məşqçisi onu Menfis Depayla əvəzləmək istəyir.

“Barselona”nın həmçinin gənc futbolçular Karles Alenyu və Rikarko Puça ilə də yollarını ayırması gözlənilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *