Social

Bakıda XVII əsrdən qalan hamam zibilxana oldu – FOTO

Bakının Maştağa qəsəbəsində tarixi abidə olan hamam zibilaxanaya çevrilib.

Dailyazerbaijan.com– un məlumatına görə, bunu əks etdirən görünütüləri jurnalist Bəxtiyar Hacıyev yayıb.

Maştağada XVII-XVIII əsrlərə aid tikili “Qum hamamı” adlanır. Hamamın Böyük bir hissəsi torpağın altındadır. Məhz bu hissə zibilxanaya çevrilib. Hamamın daxili məişət tullantıları ilə dolub.
Məlumata görə, vaxti ilə Maştağada 10-dan çox belə hamam olsa da, bu gün 3-ü qalıb. Onlar da baxımsız.
Maştağa bələdiyyəsindən özünü Zakir kimi təqdim edən əməkdaşı isə “BakuPost”a açıqlamasında hamamın 3-4 metr yerin dərinliyində yerləşdiyini, ora ekskavator salmağın təhlükəli olacağını deməklə kifayətləndi.
Tullantıların bu zamana kimi nə üçün yer altındakı hamama atılması, ərazinin necə təmizləməyin nəzərdə tutulması barədə sualı isə cavablandırmaqdan isə imtina etdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *