Social

Bakıda 24 yaşlı oğlan “Moped”i ağaca çırpıb, ölən və xəsarət alan var

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dailyazerbaijan.com-un məlumatına görə, hadisə Nəsimi rayonu, R. Behbudov küçəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1996-cı il təvəllüdlü İbrahim Cəfərov idarə etdiyi “Moped”i ağaca çırpıb. İ. Cəfərov aldığı xəsarətdən hadisə yerində ölüb. “Mopet” zərbənin nəticəsindən yolun kənarında 1992-ci il təvəllüdlü E. Əsgərova dəyib. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *