Social

Bakıda 2 min adamlıq məscid tikildi

Bakıda müasir standartlara uyğun və həmçinin tarixi memarlıq üslubunda 900 kvadratmetr sahəni əhatə edən 2 minarəli məscid inşa olunub.

Bu barədə tikintisi yarımçıq qalmış Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra məscidinin dini icması açıqlama yayıb.

Məlumatda qeyd edilir ki, məsciddə zirzəmi hissəsi, həmçinin 2-ci mərtəbə eyvan hissəsi olmaqla eyni zamanda 2000 nəfərin ibadəti üçün şərait yaradılıb. Hazırda məscidin içərisində olan dini rəmzlərin və həyətinin yəni 1.3 hektar ərazinin abadlaşdırılması prosesi gedir.

Hamıya məlum olduğu kimi, Fatimeyi-Zəhra (s.ə) məscidinin tikintisi neçə illərdir yarımçıq qalmışdır. Tikintinin davam etdirilməsi üçün müraciət ünvanlandı. Olunmuş müraciət əsasında məscidin tikintisini davam etmək üçün bəzi yoxlamalar aparılsa da tikintinin davam etməsi FHN-nin mütəxəsisləri tərəfindən mümükün olmayacağı və bu məscidin yerinə öz ərazisində yeni gözəl bir məscid tikilməsinin məqsədə uyğun olduğu bildirilmişdir.
Fatimeyi-Zəhra (s.ə) məscidi qəsəbədə yeganə məscid olduğu üçün məscidin tikintidən əvvəl söküləcəyi təqdirdə qəsəbə sakinlərinin ibadət etməyə yerlərinin olmayacağını bildirib əvvəl yeni məscidin tikilib sonra söküntü işlərinin aparılmasını xahiş etdik.

Hazırda yeni məscidin qalan həyətinin də abadlaşdırılır, məscid güşəsi və ibadətə gələnlərin maşın saxlaması üçün şərait yaradılır.

Məscidin adında, ərazisində, icmasında və axundunda heç bir dəyişiklik olmayacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *