World

Tramp beş amerikalını əfv edib

ABŞ prezidenti Donald Tramp beş ölkə vətəndaşının əfvi barədə qərar verib.

Dailyazerbaijan.com “TASS”-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Tramp bu şəxslərin cəzalarını yüngülləşdirmək üçün əfv sərəncamları imzaladı: Lenora Loqan, Raşella Rid, Çarlz Tenner, Con Bolen və Kertis MakDonald”, – məlumatda belə deyilir.

R.Rid dələduzluqda, qalanları isə narkotik maddələrə görə təqsirli bilinərək həbs olunmuşdular. Onların beşinin də islah olunduğu bildirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *