Sports

Avropa Liqasında 1/4 final cütləri bəlli olub

UEFA Avropa Liqasında 1/4 finala yüksələn bütün komandaların adları müəyyənləşib. 

Dailyazerbaijan.com xəbər verir ki, 1/8 final mərhələsinin son cavab görüşləri nəticəsində bu hüquqa İngiltərə “Vulverhempton”u və İsveçrə “Bazel”i yiyələnib.

“Vulverhempton” Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi Yunanıstan “Olimpiakos”unu öz meydanında minimal hesabla yenib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub.

“Bazel” isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurt “Ayntaxt”ına evdə də qalib gəlib – 1:0. 87-ci dəqiqədə Fabian Frayın vurduğu qol oyunda yeganə olub.

Beləliklə, 1/4 finalda görüşəcəklər:

“Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya)

“Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə)

“İnter” (İtaliya) – “Bayer” (Almaniya)

“Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka)

Oyunlar 10-11 avqustda Almaniyanın 4 müxtəlif şəhərində təşkil olunacaq.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *