Sports

Araz Abdullayev Türkiyə klubu ilə razılığa gəldi

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev özünə yeni komanda tapıb.
28 yaşlı yarımmüdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
İddiaya görə, oyunçu I liqada çıxış edən “Boluspor”la anlaşıb. O, aşağı dəstə təmsilçisi ilə 1+1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, Araz Abdullayevin son klubu “Qarabağ” olub. Futbolçu 2019/2020 mövsümünün sonunda Ağdam təmsilçisindən ayrılıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *