Social

189 həmyerlimiz Kiyevdən vətənə gətirildi

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu gün Kiyevdən çarter reysi yerinə yetirərək 189 həmyerlimizi vətənə çatdırıb.
Bu barədə Dailyazerbaijan.com-a AZAL-dan bildirilib.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Qeyd edək ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *