Business

ƏƏSMN Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 642 mənzil alır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə, Lənkəran, Ağdaş və Yevlax şəhərlərindən bir, iki və üç otaqlı olmaqla ümumilikdə 642 mənzilin satın alınması ilə bağlı elan etdiyi 3 açıq tenderə yekun vurub.

Dailyazerbaijan.com vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq “Prime İnşaat” MTK, “AN İnşaat” MMC və fiziki şəxs Nizami Cavanşir oğlu Abdullayevdir.

Qalib şəxslərə müvafiq olaraq 784 min manat, 1 226 min manat və 1 757 min manat, ümumilikdə isə 3 767 min manat ödəniləcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *